Naxçıvanda yeni avtomobillər istehsal ediləcək - VİDEO

“FAW” markalı yeni avtomobillər Naxçıvanda istehsal olunacaq.
ENA.az xəbər verir ki, bu barədə “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının 25 illiyi və “Naxçıvan Avtomobil Zavodu” MMC-nin yaranmasının 10 illiyi münasibətilə təşkil olunan tədbirdə bildirilib.
Tədbir çərçivəsində zavodun yeni istehsalı olan LİFAN X70 modelinin təqdimatı olub.