Ötən il banklarda işləyənlərin sayı 2 mindən çox artıb
2019-cu ildə bankların işçilərinin sayı 2 min 45 nəfər artıb.
“ENA” Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, 2019-cu ilin sonunda bankların işçilərinin sayı 19 min 460 nəfər olub. 2018-ci ilin sonunda bu say 17 min 415 nəfər idi.
Təkcə ötən ilin dekabr ayında bankların işçilərinin sayı 219 nəfər artıb.