Bank

Bank sektorunun xalis mənfəəti 2 dəfəyə yaxın artıb

Azərbaycanın bank sektoru 2019-cu ildə 536,9 milyon manat xalis mənfəət əldə edib.

ENA” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 92,2% çoxdur. 

Ötən il bankların əməliyyat gəlirləri 2 645,9 milyon manat (əvvəlki ilə nisbətən 14,9% çox), əməliyyat xərcləri 1 752,9 milyon manat (9,05% çox), xüsusi ehtiyatlara ayırmaları 221,3 milyon manat (35,9% az), digər gəlirləri 21,3 milyon manat (8,5 dəfə çox), mənfəət vergisi ödəmələri isə 156,1 milyon manat (2,2 dəfə çox) təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department