Azərbaycan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının kapital artımına 61 mln. dollar pul qoyacaq
![](https://ena.az/uploads/news/2020-02/_ena_a39e3c6c6700ce3a33595cff6_o.jpg)
Azərbaycan 1992-ci ildən üzvü olduğu Dünya Bankı qrupunun üzvü – Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (IBRD) kapitalının artımına 61 milyon ABŞ dollarına yaxın vəsait sərf edəcək.
Bu, hesablamaları nəticəsində məlum olub.
Xatırladaq ki, Azərbaycan sözügedən maliyyə qurumunda 0,13% paya malikdir və 2 371 səhm əldə edib. Bu səhmlər ölkəmizə 286 milyon ABŞ dollarına başa gəlib. Başqa sözlə, 1 səhmin nominal dəyəri təxminən 120 625 ABŞ dollarıdır. İndi isə hökumət öz payına uyğun olaraq daha 505 yeni səhm əldə etməyə hazırlaşır. Bunun isə dəyəri 60,915 milyon ABŞ dollarıdır.