BİZNES

Jeff Bezos $1,7 milyard dəyərində “Amazon” səhmlərini satıb

Dünyanın ən zəngin adamı və “Amazon” şirkətinin təsisçisi Jeff Bezos 1,74 milyard dollar dəyərində səhm satıb. Milyarder jurnalistlərə verdiyi açıqlamada bildirib ki, onun səhm satmaqda əsas məqsədi kosmik şirkəti maliyyələşdirməkdir.

Sənədlərdən göründüyü kimi əməliyyatların bir hissəsi 31 yanvar tarixində həyata keçəcək. Bu cümə ilin əvvəlindən bəri bazarlarda ən pis gün olmasına baxmayaraq, “Amazon” analitiklərin gözləntilərini aşan və investorları ilhamlandıran müsbət rüblük hesabat dərc edib. Həmin gün internet-riteylerin səhmləri 7,4% artdı, S&P 500 indeksi isə 3%-dan çox azaldı. Əməliyyatların qalan hissəsi fevralın 3-də həyata keçirildi. İki gün ərzində Jeff Bezos səhmlərini 2003-2053,6 dollar qiymətinə satıb.

Xatırladaq ki, daha əvvəl Bezos dəyəri demək olar ki, 2,8 milyard dollara çatan səhm paketini satmışdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)