Aqrar

İki nazirlik aqrar məhsulların emalını inkişaf etdirmək üçün birgə işə başladı

Azərbaycanda kənd təsərrüfatı məhsullarının emalını inkişaf etdirmək üçün Kənd Təsərrüfatı və İqtisadiyyat Nazirlikləri birlikdə iş aparır. 

ENA” xəbər verir ki, bunu REAL TV-yə açıqlamasında Kənd Təsərrüfatı Nazirinin müavini İlhamə Qədimova bildirib. 

"Ölkənin aqrar məhsullarla təminat səviyyəsinin yüksəlməsi, eləcə də bu məhsulların ixrac həcminin artması müsbət haldır. Təcrübə göstərir ki, bu sahədə əlavə dəyər yaradan daha çox emal məhsullarıdır. Bu sahədə inkişaf üçün dəyər zənciri üzrə - məhsulun istehsalından tutmuş qablaşdırma, satışı və logistikaya qədər müəyyən işlərin görülməsinə ehtiyac var", - o deyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)