Vakansiyalar

Nazirlik işçilər axtarır - VAKANSİYA

Ədliyyə Nazirliyinin yerli icra və probasiya, həmçinin qeydiyyat qurumları üzrə (Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu istisna olmaqla) vakant ştat vahidlərinin hazırlıqlı hüquqşünaslarla komplektləşdirilməsi məqsədilə elan edilən müsabiqə üzrə ərizələrin qəbulu davam edir.

Nazirlikdən "ENA"ya verilən məlumata görə, bununla əlaqədar "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" qanunun tələblərinə cavab verən və nazirliyin göstərilən yerli ədliyyə sahələrində işləmək istəyən ali hüquq təhsilli Azərbaycan vətəndaşları müsabiqəyə dəvət olunurlar.

Ədliyyə orqanlarında işləmək istəyənlər nazirliyin internet səhifəsindən (www.exidmet.justice.gov.az) və ya "Elektron hökumət" portalından (www.e-gov.az) “Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqədə iştirak üçün namizədin qeydə alınması” adlı elektron xidmət vasitəsilə ərizə formasını doldurmalı və təsdiq etməlidirlər. Ərizələr poçt vasitəsilə də göndərilə bilər.

Əlavə məlumatları (012) 538-01-62, (012) 538-08-85 nömrəli telefonlar vasitəsilə əldə etmək mümkündür.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department