TURİZM

“Wizz Air” şirkəti Varşava-Bakı reysi açmağı planlaşdırır

“Wizz Air” şirkəti Varşava-Bakı reysi açmağı planlaşdırır.

Bu barədə şirkətin rəsmi açıqlaması dərc olunub.

Bildirilir ki, Azərbaycan tərəfinə müvafiq müraciət olunub və cavab gözlənilir. Razılıq əldə olunacağı təqdirdə, həftəlik ikitərəfli uçuşlar həyata keçiriləcək. Lakin eyni təkliflə Polşanın daha bir şirkəti-LOT da müraciət etməyi düşünür və bu halda onlardan biri arasında seçim olunacaq.

Hazırda Azərbaycan ilə Polşa arasında birbaşa uçuşlar yoxdur.

“Wizz Air” bu gün üçün Budapeşt-Bakı arası birbaşa uçuşlar həyata keçirir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)