İnşaat və əmlak

Azərbaycanda mənzillərin kirayəsi bahalaşıb

 Bu ilin oktyabr ayında Azərbaycanda mənzillərin kirayəsi sentyabr ayı ilə müqayisədə 0,2% bahalaşaraq 92,14 manata çatıb. 

BI” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. 

Xatırladaq ki, bu ilin yanvar ayında kirayə bazarında 0,1% bahalaşma olub. Fevral və mart aylarında qiymətlər dəyişməyib. Apreldə bazarda 0,2% ucuzlaşma olsa da, mayda qiymətlər 0,4% artıb. İyunda bazarda yenidən sabitlik yaranıb. İyulda 0,1% ucuzlaşma, avqust və sentyabr aylarında isə müvafiq olaraq 0,6% və 0,4% bahalaşma baş verib. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)