Ateshgah Sigorta işçi axtarır - VAKANSİYA
Ofis meneceri ( Personal Assistant )
Namizədə tələblər
• Yaş: 23-32
• Təhsil: Ali
• İş təcrübəsi: azı 1 il katib kimi təcrübə
• Dil bilikləri: Rus (əla), Azərbaycan (əla), əlavə olaraq Ingilis dili (arzuolunadır)
• MS Office (MS Word, MS Excel , MS Outlook) proqramlarını bilməli
Şəxsi keyfiyyətlər
• Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
• Yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı
• Məsuliyyətli və komandada işləmək bacarığı
• Səliqəli xarici görünüş, nəzakətli danışıq , intizamlı və işinə qarşı məsuliyyətli olmalı
Əsas vəzifə öhdəlikləri
• İdarə Heyəti sədrinin və şirkətin rəhbərliyinin iş tapşırıqlarını yerinə yetirmək
• İdarə Heyətinin sədrinin iş gününü planlaşdırmaq
• Şirkət rəhbərlərinə imza üçün sənədlərin verilməsi
• Yığıncaqların və görüşlərin planlaşdırılması və təşkili
• Ziyarətçilərin görüşlərinin təşkili
• İşgüzar yazışmaların aparılması
• İşgüzar səfərləri təşkili (biletləri sifarişləri, mehmanxanalarda bron və s.)
İş şərtləri
• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı 09:00 - 17:30
• İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə
• İş yeri : Baş ofis
• Əmək haqqı müsahibə əsnasında bildiriləcək
Məlumatlandırıcı qeydlər
• Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
• CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
• İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur
• Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini recruiting@ateshgah.com e-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində, mütləq “Ofis meneceri ( Personal Assistant )” qeyd etmələri xahiş olunur.