BİZNES

Warren Buffett ona məxsus bütün nəşriyyatı satır

Milyarder Warren Buffett ona məxsus olan bütün nəşriyyatı satır. Keçən il o, iri qəzetlərdən başqa bütün nəşriyyatın satılacağını gözə almışdı.

Milyarder Warren Buffett-in Berkshire Hathaway fondu öz BH Media Group mediabiznesinin Lee Enterprises şirkətinə 140 mln. dollara satılması ilə bağlı razılığa gəlib. Bu barədə Lee press-relizdə məlumat verib.

Müqavilə bağlamaq üçün Berkshire fondu Lee-yə əvvəlcə illik 9% olmaqla təxminən 576 milyon dollar  təqdim edəcək. Bu pullara Lee fondun mediabiznesini alacaq və öz borclarını yenidən maliyyələşdirəcək.

Buffett press-relizdə bildirib ki, onlara BH Media-nı başqasına satmaq heç maraqlı olmayıb və bunun da yeganə səbəbi ondadır ki, ancaq Lee sənaye çətinliklərinin öhdəsindən hamıdan yaxşı gələ bilmək qabiliyyətinə malikdir.

2019-cu ildə mediaqrupun gəliri EBITDA üzrə (faizlər, vergilər və amortizasiyaya qədər) 47,4 mln. dollar olub. Bloomberg qeyd edir ki, qrupa, əsasən Ohama World-Herald və Buffalo News nəşrləri məxsusdur.

Yeni Forbes Real-Time reytinqinə görə, Buffet planetin ən zəngin insanlarının siyahısında dördüncü yeri tutur və onun sərvəti 89 mlrd. dollardır. Keçən il milyarder proqnoz vermişdi ki, reklamların sayının azalması qəzetlərin əksəriyyətinin bağlanmasına gətirib çıxaracaq və amerikan bazarında ancaq The New York Times, The Washington Post və The Wall Street Journal qalacaq. Bir il əvvəl amerikan qəzetlərinin tiraj həcmi 1940-cı illərdən bu vaxta kimi minimuma çatıb. Bu barədə Pew Research Center x’b’r verib.

BH Media-nın satılması Berkshire üçün qeyri-adi addımdır, belə ki, Buffett ənənəvi olaraq, alınan biznesi davam etdirir, Bloomberg qeyd edir. 2019-cu ilin sonunda  Berkshire öz sığorta biznesini satıb. Bununla belə, fond hələ də köhnə “Kirby” tozsoranlar biznesini və World Book ensiklopediyası nəşriyyatını satmır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)