TURİZM

AZAL ABŞ-a uçuşları dayandırır - SƏBƏB AÇIQLANDI

"Azərbaycan Hava Yolları" QSC (AZAL) fevralda Bakıdan ABŞ-ın Nyu-York şəhərinə uçuş həyata keçirməyəcək. 

Bu barədə “ENA”ya Heydər Əliyev adına Beynəlxalq Hava Limanından bildirilib.

Məlumata görə, fasiləyə səbəb bu istiqamətdə aviareysə tələbatın az olmasıdır. 

ABŞ-a uçuşlar martdan bərpa ediləcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department