Bu il 6 "ASAN xidmət" və 1 "ASAN Kommunal" mərkəzi açıla bilər
Bu il 6 ASAN xidmət və 1 "ASAN Kommunal" mərkəzinin açılması gözlənilir.
"ENA'' xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev 2019-cu ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bunlar Tovuz, Balakən, Kürdəmir, Ağcəbədi rayonlarında və Bakıda 2 "ASAN xidmət" mərkəzi ilə yanaşı, 1 "ASAN Kommunal" mərkəzinin açılması gözlənilir: "Eyni zamanda yeni "INNOLAND" mərkəzlərinin açılması, Silikon vadisində Azərbaycan İnnovasiya Evinin, "StartupFest 2019" adlı beynəlxalq tədbirin keçirilməsi nəzərdə tutulur''.
Sədr bildirib ki, həmçinin Qubada ABAD qablaşdırma fabriki açılacaq: "Bu günə qədər startaplara 830 min manat investisiya cəlb edilib".