Daha bir sərnişin təyyarəsi qəzaya uğradı: Göyərtəsində 83 sərnişin olub
Əfqanıstanın mərkəzi hissəsində sərnişin təyyarəsi qəzaya uğrayıb.
Bu barədə “TOLO News” özünün “Twitter” səhifəsində bəyan edib.
Məlumata görə, faciə “Taliban”ın nəzarətində olan Qəzni əyalətində qeydə alınıb.
Təyyarə “Ariana Afghan Airlines” şirkətinə məxsus olub. İlkin məlumatlara görə, göyərtədə 83 nəfər var imiş.