Vakansiyalar

AFB Bank işçi axtarır - VAKANSİYA

AFB Bank Proseslərin idarə edilməsi Strukturunun direktoru vəzifəsinə vakansiya elan edir.

Vəzifə: Direktor
İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• İnformatika, riyazi və ya iqtisadi sahədə ali təhsil;
• Proseslərin idarə edilməsi üzrə ən az 4-5 il iş təcrübəsinin olması (bunun 2 ili rəhbər vəzifədə olmaqla);
• Azərbaycan, rus, ingilis dili biliyi;
• Ünsiyyətqurma və gərgin iş qrafikində işləmək bacarığı;
• Analitik düşünmə və yüksək riyazi təhlil qabiliyyəti;
• Problemləri həll etmə bacarığı;
• MS Office proqram bilikləri;
• Yuksək İdarəetmə qabiliyyətinin olması.

İŞİN TƏSVİRİ:

• Davamlı surətdə bankdaxili proseslərin təhlil edilməsi və onların daima optimallaşdırılması və səmərəliliyinin artırılması üçün tədbirlər görülməsi;
• Bankın yeni biznes proseslərinin analiz edilməsi və mövcud biznes proseslərinin yenidən modelləşdirilməsi, yenidən modelləşdirilmiş biznes proseslərinin texniki tapşırıqlarının hazırlanması, texniki xəritələrinin tərtib edilməsinin təmini;
• Yenilənmiş biznes proseslərinin test mühitində yoxlanılması və optimallaşdırılması istiqamətində işin təşkili;
• İşlək biznes proseslərin təkmilləşdirilməsi istiqamətində analizlərin aparılması;
• Bankın yeni biznes layihələri zamanı proses axınlarının təmin edilməsi və texniki mühitdə tərtibatının təmin edilməsi;
• Proseslərin qiymətləndirilməsinin, effektivliyinin ölçülməsinin, layihələndirilməsinin, monitorinqinin və nəzarətinin həyata keçirilməsi;
• Bankda yeni tətbiq olunacaq məhsul və xidmətlərlə bağlı struktur bölmələr tərəfindən daxil olan sifarişlər əsasında biznes proseslərin müəyyənləşdirilməsi və/və ya onlara dair rəy verilməsi;
• Bankın mövcud biznes prosesləri üzrə Biznes və İT analitika işinin təşkili.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Proseslərin idarə edilməsi Strukturunun direktoru” qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyini xahiş edirik.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department