Sağlamlıq

İstanbul aeroportunda koronavirus həyəcanı yaşanır

İstanbul aeroportunda Çindən birbaşa reyslə gələn sərnişinləri yeni virusla əlaqədar yoxlamadan keçiriblər.

ENA” “Sputnik Türkiye”yə istinadən xəbər verir ki, İstanbul aeroportuna Çindən gələn 3 təyyarənin sərnişinləri koronavirusla əlaqədar termal kameralarla nəzarətdən keçirilib.

Xatırladaq ki, Çinin Vuhan şəhərində ortaya çıxan koronavirusa yoluxanların sayı 830-u ötüb, ölənlərin sayı isə 26-ya çatıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)