Aqrar

Bu il 170-180 min narın yığılacağı gözlənilir

2018-ci ildə Azərbaycanda 170-180 min ton nar məhsulunun yığılacağı gözlənilir.

"Bİ.az" xəbər verir ki, bu barədə Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının (ANİİA) sədri Fərhad Qaraşov məlumat verib.

2017-ci ildə respublikada 156,8 min ha sahədə nar məhsulu yığılıb. Beləliklə, bu il məhsulun yığım həcmi 8-15% təşkil edə bilər.

"Bu il 170-180 min narın yığılacağı gözlənilir", - deyə o bildirib.

Bununla belə, sədr cari ildə narın ixrac həcmi barədə proqnoz verməkdə çətinlik çəkib.

Ötən il Azərbaycan $10 mln. dəyərində 6,7 min ton nar ixrac edib.

 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)