Gürcüstanda yanacağın bahalaşacağı gözlənilir
"Yaxın Şərqdəki mövcud gərginlik üzündən neft məhsullarının qiymətlərinə dair proqnoz vermək çətinləşib".
“ENA” xəbər verir ki, Gürcüstan Neft Məhsulları İdxalatçıları Birliyinin sədri Vano Mtvralaşvili Türkiyə ilə Liviya arasındakı cari vəziyyətin qiymətlərə təsir etdiyini bildirib.
“Yaxın Şərq əslində müharibə astanasındadır. ABŞ ilə İran arasında gərginlik artan kimi neftin qiyməti 70 dollar həddini aşdı. Məlum olduğu kimi, nüvə razılaşmasını tərk edən İran cavab tədbirlərinə əl atıb hərbə başlasa, neftin qiymətlərinə dair proqnoz vermək mümkün olmayacaq. Yaxın Şərqdəki geosiyasi vəziyyət həmişə neft məhsullarının qiymətlərini müəyyənləşdirib. Hazırkı vəziyyət də çox ağırdır”, - ekspert deyib.
Dünya qiymətlərinin yerli bazara təsirinə gəlincə, Gürcüstanda da yanacağın bahalaşacağı, hərçənd hazırda larinin məzənnəsinin bu prosesi tarazlaşdırdığı diqqətə çatdırılıb.