Həbs olunan icra başçısının oğlu işdən ÇIXARILDI
Ağstafa rayon icra hakimiyyətinin keçmiş başçısı Nizaməddin Quliyevin oğlu işdən çıxarılıb.
ENA.az xəbər verir ki, bunu Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev məlumat verib.
O, bildirib ki, Ramal Quliyevin müraciəti əsasında Baş prokurorun müvafiq əmri ilə o tutduğu vəzifədən azad olunub.
Xatırlaaq ki, N.Quliyev bir müddət əvvəl Dövlət Təhlüləsizlik Xidmətinin əməkdaşlları tərəfindən həbs olunub.