Bank

“PAŞA Bank”da yeni - TƏYİNAT

“PAŞA Bank” ASC-nin Büdcələmə və idarəetmə hesabatları departamenti direktoru Elman Bayramov-un vəzifəsini tərk edərək ölkənin ən böyük şirkətinə təyinatından sonra vakant qalan vəzifəsinə yeni təyinat olub.

ENA.az Banker.az-a istinadən xəbər verir ki, departamentə direktor vəzifəsinə Xəzinədarlıq departamenti tərkibində şöbə müdiri olmuş Hikmət Aslanlı təyin edilib.

Onun əvvəlki və eləcə də yeni departamenti “PAŞA Bank”ın menecment strukturunda 4 qoldan biri olan Maliyyə funksiyasına aid edilir ki, bu da bir-birlərinə daha yaxın bir struktur olması deməkdir.

Aslanlı yuxarıda qeyd edilən departamentə rəhbərlik səlahiyyətinə artıq 2020-ci ildən başlayaraq rəsmən yiyələnib.

“PAŞA Bank”a isə 2015-ci ilin oktyabrında şöbə müdiri vəzifəsini icra edən kimi gəlmişdi ki, ona qədər Azərbaycan Mərkəzi Bankı-da, daha əvvəl isə Mərkəzi Bank və Unibank kimi maliyyə qurumlarında çalışmışdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)