Hadisə

Ukrayna İrana qarşı qəsdən adam öldürməyə görə cinayət işi açıb

Ukrayna Baş Prokurorluğu Ukraynanın Beynəlxalq Hava Yollarına məxsus təyyarənin İranda qəzaya uğraması ilə bağlı cinayət işinin məzmununu dəyişdirib. İndi istintaq iki və ya daha çox insanın qəsdən öldürülməsinə və təyyarənin məhv edilməsinə görə məsuliyyət haqqında maddələrə uyğun olaraq davam edəcək.

Bu qərar beynəlxalq tərəfdaşlardan, habelə faciənin baş verdiyi yerdə işləyən ukraynalı mütəxəssislərdən alınan məlumatların yoxlanılması əsasında qəbul edilib. Bundan əlavə, İran təyyarənin vurulmasına görə günahını etiraf edib.

Xatırladaq ki, Tehrandan Kiyevə uçan Ukrayna təyyarəsi yanvarın 8-də səhər saatlarında uçuşdan az sonra qəzaya uğrayıb. Nəticədə bütün sərnişinlər və ekipaj üzvləri həlak olub. Tehran Ukrayna təyyarəsinin tərəflərindən təsadüfən vurulduğunu etiraf edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)