Sosial iqtisadiyyat

4 rayona qazın verilişində fasilə olacaq

Yanvarın 12-də yol tikintisi ilə məşğul olan podratçı təşkilat tikinti işləri icra edərkən Qaz İxrac İdarəsinin balansında olan "Xaldan-Balakən" yüksək təzyiqli magistral qaz kəmərinin Şəki rayonu, Dəhnə kəndindən keçən hissəsini zədələyib.

“Azəriqaz” İstehsalat Birliyindən “ENA”ya verilən məlumata görə, təcili tədbirlər görülərək kəmərdə təzyiq dərhal aşağı endirilib və qaz xəttinin 29-59-cu km-ləri arasında qəzanın ləğv edilməsi məqsədilə saat 15:20-də qaz təchizatı dayandırılıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department