"London taksiləri"nə görə təxminən 1 milyon manatlıq satınalma
"London taksiləri"nə xidmətin göstərilməsi üçün böyük məbləğli satınalma həyata keçirilib.
“ENA” xəbər verir ki, "Bakı Taksi Xidməti" MMC şirkəti, “Auto Services” MMC-ni keçirdiyi açıq tendrin qalibi elan edib. MMC qalib şirkət ilə müqavilə bağlayıb.
Məbləği 949 min 496 manat olan müqavilə “London Taksi TX4” markalı avtomobillərə texniki (cari, əsaslı, təmir, kimyəvi təmizləmə, avtoyuma) xidmətlərin göstərilməsini nəzərdə tutur.
Müqavilə 1 illikdir.
Müqaviləyə əsasən 6000 ədəd avtomobil texniki baxışdan keçiriləcək, 3500 avtomobilin mühərrik yağı və filterlər dəyişdiriləcək və s..
“Baki Taksi Xidməti” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 mart 2015-ci il tarixli 89 nömrəli qərarına əsasən yaradılıb. Cəmiyyət Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olmaqla nizamnamə əsasında fəaliyyət göstərir.
“Bakı Taksi Xidməti” MMC Bakı şəhəri və Abşeron yarımadası ilə yanaşı, Heydər Əliyev Beynəlxalq Aeroportundan şəhərin istənilən nöqtəsinə taksometrlə təyin edilən standart qiymətlərlə sərnişin daşıma xidməti təşkil edir.