Elm və Texnologiya

“Twitter”də şərhlərlə bağlı YENİLİK

“Twitter” 2020-ci ilin ilk günlərindən daha bir yeniliyi işə salacaq.

“Reuters” agentliyi məlumat verir ki, yeni tətbiqetmədə istifadəçi paylaşımına kimin şərh yazdığını özü təyin edə biləcək.

Bununla “Twitter” sosial şəbəkədə aqressiya və istifadəçinin təngə gətirilməsinin qarşısını almağı nəzərdə tutub.

“Biz insanların “Twiter”də özünü təhlükəsiz hiss etmələrini və öz hesablarını nəzarətdə saxlamalarına şərait yaratmaq istəyirik”, “Twitter” rəsmisi yeniliyə münasibət bildirərkən bildirib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)