Rusiyada azərbaycanlı biznesmen külli miqdarda cərimələndi
Rusiyanın Sankt-peterburq şəhərində qanunsuz spirtli içki alveri ilə məşğul olan azərbaycanlı biznesmen cərimə edilib.
Nevnov.ru-nun Sankt-Peterburq Prokurorluğuna istinadən yaydığı xəbərə görə, Bayram X. adlı iş adamı qanunsuz spirtli içki alveri ilə məşğul olub.
Hüquq mühafizə orqanları əməkdaşları apardıqları yoxlama nəticəsində “Üç müşketyorun ərzaqları” dükanından lisenziyasız spirtli içki aşkar ediblər.
Bayram X.-nın 180 min rubl (4,986 AZN) dəyərində 188 ədəd lisenziyasız alkoqol məhsulun satış üçün hazırlandığı məlum olub.
Məhkəmə qərarına əsasən azərbaycanlıya 120 min rubl (3,324 AZN) cərimə təyin edilib.