Heydər Əliyev prospektində daha bir möhtəşəm bina tikiləcək - FOTOLAR
Bakıda Heydər Əliyev prospektində Energetika Nazirliyi üçün möhtəşəm inzibati binanın tikilməsi nəzərdə tutulur.
2019-cu ildə Energetika Nazirliyinin sifarişi ilə memar Nəriman İmaməliyev inzibati binanın layihəsini hazırlayıb.
İnzibati bina 97,7 metr hündürlüyə və 6724.3 kv.m sahəyə malik olacaq.
Xəbər verdiyimiz kimi, 2019-cu ilin Dekabr ayında Energetika Nazirliyi Bakının Heydər Əliyev prospekti, 152 ünvanındakı “Çinar Plaza” biznes mərkəzini tərk edib. Nazirlik yenidən Hökumət Evində fəaliyyət göstərir.