Əmir Məmmədov “PAŞA Holdinq”ə təyinat alıb
“PAŞA Holdinq” MMC-də yeni təyinat olub.
Məlumata görə, Əmir Məmmədov “PAŞA Holdinq”də Qrup İctimaiyyətlə Əlaqələr və Kommunikasiya üzrə Menecer vəzifəsinə təyin olunub.
19 ildən artıq peşəkar təcrübəyə malik Əmir Məmmədov strateji korporativ kommunikasiyalar, media menecmenti, dayanıqlı inkişaf və ESG istiqamətlərində fəaliyyət göstərib. Onun təcrübəsi biznes və sosial layihələrin strateji mövqeləndirilməsi və kommunikasiyası, böhran kommunikasiyalarının idarə edilməsi, korporativ reputasiyanın formalaşdırılması və müxtəlif ESG layihələri əhatə edir.
Peşəkar fəaliyyətinə 2005-ci ildə “Həftə” sosial-iqtisadi analitik qəzetində tədqiqatçı-jurnalist kimi başlayan Əmir Məmmədov 2009–2011-ci illərdə “Minimax Media Publishing Consultancy Group”da kopirayter, konsultant, araşdırma və hesabatlılıq üzrə mütəxəssis kimi çalışıb.
2011-ci ildə PAŞA Bank komandasına Mətbuat katibi kimi qoşulan Əmir Məmmədov sonrakı illərdə bankın İctimaiyyətlə Əlaqələr departamentində və Korporativ Tərəfdaşlarla Münasibətlər şöbəsində müxtəlif aparıcı və rəhbər vəzifələrdə fəaliyyət göstərib.
Ə. Məmmədov 2023-cü ildən PAŞA Bankın Korporativ Tərəfdaşlarla Münasibətlər şöbəsinə rəhbərlik edib. Bu müddətdə strateji kommunikasiyalar, korporativ reputasiya, ESG və dayanıqlı inkişaf, böhran idarəçiliyi istiqamətlərinin inkişafına töhfə verib.
Əmir Məmmədov peşəkar fəaliyyətinə 2005-ci ildə “Həftə” sosial-iqtisadi analitik qəzetində başlayıb. 2009–2011-ci illərdə Minimax Media Publishing Consultancy Group-da kopirayter, konsultant, araşdırma və hesabatlılıq üzrə mütəxəssis kimi fəaliyyət göstərib.
Ə. Məmmədov 2004-cü ildə Azərbaycan Kooperasiya Universitetində Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə təhsil alıb. 2025-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MGIMO) ESG idarəetməsi üzrə təhsilini davam etdirib.
O, Böyük Britaniyanın “London School of Public Relations” akademiyasının ilk azərbaycanlı məzunudur


















