"ABŞ-a bir yumruq vuruldu, amma bu yetərli deyil"
İranın dini lideri Əli Xamaney Tehranda etdiyi çıxışında "Gecə bunlara bir yumruq vuruldu, amma bu kafi deyil. ABŞ-ın bu bölgədəki mövcudluğu sona çatmalıdır" ifadələrini istifadə edib.
"ENA" İranın dövlət televiziyasına istinadən xəbər verir ki, İraqın paytaxtı Bağdadda ABŞ tərəfindən öldürülən general Qasım Süleymanini tərifləyən Xamaney, bunları qeyd edib:
"Xalqın vəzifəsi düşməni doğru tanımaqdır. ABŞ, Sionistlər və dünya imperializmi İranın düşmənləridirlər. İraq Məclisinin ABŞ-ı ölkədən çıxartmaq qərarını məmnuniyyətlə qarşılayırıq".