İran ABŞ-a cavab üçün 13 ssenarini müzakirə edir
ABŞ-ın, xarici əməliyyatlarından məsul generalı Qasım Süleymanini öldürməsinə cavab vermək üçün İran 13 ssenarini qiymətləndirir.
"ENA" xəbər verir ki, İran Milli Təhlükəsizlik Şurasının yaydığı açıqlamada, bu ssenarilərdən ən zəifinin belə ABŞ üçün "tarixi kabus" olacağı qeyd edilib.
Eləcə də bax: Britaniya diplomatları və ABŞ neftçiləri İraqdan qaçmağa başladı
Yarı rəsmi bir İran xəbər agentliyində yayımlanmış açıqlamada "Bu ssenarilərin ən zəifində fikir birliyi təmin edilsə belə, bunun tətbiq olunması amerikalılar üçün tarixi bir kabus ola bilər. Hələlik, kəşfiyyat səbəbilə mediaya daha çox məlumat verə bilmirik",- deyilir.
Açıqlamadan sonra bazarlardakı optimist hava sona çatıb. ABŞ səhmləri ucuzlaşıb, qızıl yenidən bahalaşıb.
İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərif, ABŞ-ın Qasım Süleymanini öldürməsinə cavabının "İranın seçdiyi bir zamanda və yerdə" olacağını söyləmişdir. Həmçinin Zərif, ABŞ-ın Orta Şərqdən çıxması üçün geri saymanın başladığını və bölgənin ABŞ-ın varlığına güvənməyə davam etməsi vəziyyətində müharibə mövzusunda xəbərdar etmişdir.