Birja

Rubl ucuzlaşdı: neftlə bərabər eniş

Noyabrın 13-də neftin ucuzlaşması rubla birbaşa təsir etdi və nəticədə rublun məzənnəsi kəskin ucuzlaşdı. Hazırda rubl dollar qarşısında ucuzlaşıb və dolların satış kursu 69.50-ə qədər bahalaşıb.

BI xəbər verir ki, bu ilin aprelindən bəri ilk dəfə Brent markalı neftin barrelinin qiyməti 3,5 dollar ucuzlaşdı və nəticədə dollar və avronun rusiya rubluna məzənnəsi sıçrayış etdi. Neft katirovkalarının düşməsi fonunda Moskva birjalarında rubl dolların qarşısında 68,1575-ə qədər ucuzlaşdı. Avronun məzənnəsi də rublun uuczlaşması fonunda 76,7875-ə qədər bahalaşdı.

Hazırda Rusiya bankları arasında dollar satışını 69.50-yə belə təqdim edən də var. Bankların əksəriyyəti isə dolları 68.41-68.50 arasında dəyişirlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department