Avtomobil

Azərbaycanda ilk avtopilot e-avtomobil: Asfalt və relsdə gedə bilir - FOTO

Azərbaycanın ilk avtopilot və elektrik avtomobili quraşdırılması layihəsi sərgiyə çıxarılıb.

ENA.az xəbər verir ki, bunu yerli “IDRAK Technology Transfer” şirkəti təklif edir.

“Layihə passiv olan dəmir yollarını aktiv hala gətirmək üçün nəzərdə tutulub”.

Bu avtomobil həm dəmir yolunda həm asfaltda hərəkət edə bilir. İlk iki şəkildə gördüyünüz konsept tam işlək vəziyyətdədir.

Eləcə də bax: Dizellə işləyən maşınlara məhdudiyyət qoyulacaq - NAZİRLİKDƏN AÇIQLAMA

“Ağıllı avtomobil yollarda hərəkət təhlükəsizliyini, sürücü və sərnişin rahatlığını təmin edir,yol-qayda pozuntularını avtomatik qeydə alır, nəqliyyat vasitəsinin idarə edilməsini asanlaşdırır.

Avtomobilin bort kompüteri nəqliyyat vasitəsinin idarəetmə imkanlarını rahatlaşdırmaq, avtomobilə və onun ətrafında baş verən proseslərə, həmçinin sərnişinlərə nəzarət etmək, onların vaxtlarının səmərəli keçirmələrinə şərait yaratmaq, nəqliyyatdan rahat istifadəni təmin etmək üçün nəzərdə tutulmuşdur”- deyə qurumun layihəsində deyilir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)