Unibank rəhbərliyində yeni təyinat olub
Səhmdarların növbədənkənar Ümumi Yığıncağının qərarına əsasən, İqor Okayev “Unibank” ASC-nin İdarə heyəti sədrinin I müavini təyin edilib.
Bu barədə “ENA”ya Bankdan məlumat verilib.
Bu təyinatadək İ.Okayev “Unibank”ın İdarə heyətinin üzvü, İdarə heyəti sədrinin korporativ və pərakəndə biznes üzrə müavini olub.
Qeyd edək ki, İ.Okayev bank karyerasına 2006-cı ildən “Unibank”da başlayıb. O, Bankın korporativ bölümündə müxtəlif vəzifələrdə çalışıb. Hazırda “Unibank”ın korporativ, mikromaliyyələşdirmə, pərakəndə biznes, digital bankinq və Marketinq departamenti İ.Okayevin kurasiyasındadır.