Hadı Rəcəbli siyasi səhnəyə yenidən qayıdır – Adı namizədlərdə var
![](https://ena.az/uploads/news/2019-12/_ena_8194b8c9acd886230b9ef917b_o.jpg)
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında partiyanın İdarə Heyətinin iclası keçirilib.
İclasda partiyanın 2020-ci il fevralın 9-da keçiriləcək parlament seçkilərində irəli sürəcəyi namizədlərin siyahısı müzakirə olunub.
YAP-ın deputatlığa namizədlər siyahısında V çağırış Milli Məclisin deputatı Hadı Rəcəblinin də adı var.
Qeyd edək ki, Hadı Rəcəbli bundan öncə 74 Lənkəran kənd Seçki Dairəsindən Milli Məclisin deputatı olub.