Nazirin töhmət verdiyi hakim öldü - FOTO
Beyləqan Rayon Məhkəməsinin hakimi Nəsrullah Əliyev vəfat edib. ENA.az xəbər verir ki, bu barədə mərhumun ailəsindən APA-ya bildirilib.
N. Əliyev bu gün səhər Mərkəzi Klinik Xəstəxanada vəfat edib.
2016-cı ildə ədliyyə naziri Fikrət Məmmədov hakimlər barədə intizam icraatlarına baxaraq fəaliyyətlərində ciddi qanun pozuntularına görə Beyləqan Rayon Məhkəməsinin sədri Maşalla Şirvanova və həmin məhkəmənin hakimi Nəsrullah Əliyevə töhmət vermişdi.