Azercell “GəncOl” təklif və güzəştlərini - DAYANDIRIR
26.01.2020-ci il tarixindən etibarən “Azercel Telekom” MMC-nin “GəncOl” tarifi daxilində təqdim olunan təklif və güzəştlərin istifadəsi dayandırılacaq.
“ENA” şirkətin elanına istinadən xəbər verir ki, təklif və güzəştlərin dayandırılması mövcud xidmətdə yeni brend siyasətinə uyğun olaraq daha rəqəmsal yanaşma və dəyişikliklərin tətbiq olunması ilə əlaqədardır.
Qeyd edək ki, “GəncOl” tariflərinin qiyməti 2-9 manat civarındadır. Abunəçilərə qiymətdən asılı olaraq daxili danışıq dəqiqələri, İnternet trafiki və limitsiz yazışma təqdim edilir. Abunəçilər Whatsapp, Facebook messenger, Telegram, Viber və hətta Twitter mobil tədbiqləri vasitəsilə ödənişsiz mətn mesajları göndərmək imkanına malikdirlər.
"Azercell" “GəncOl” tarif paketlərini 2019-cu ilin May ayında yeniləmişdi.