YelloAd işçi axtarır - VAKANSİYA
Ofis Meneceri
Əsas tələblər:
- Azərbaycan dili (əla), Rus dili arzuolunandır;
- Orta təhsil;
- Kargüzarlıq və işgüzar məktublaşma qaydalarını bilməli;
- Microsoft Office proqramlarından istifadə etmək bacarığı;
- Komandada işləmə qabiliyyəti, ünsiyyət, təqdimetmə bacarığı, məsuliyyət və dəqiqlik;
- Maliyyə və mühasibatlıq üzrə biliklər arzuolunandır.
Vəzifə öhdəlikləri:
- Sənədləşmənin aparılması;
- Elektron poçt yazışmaları;
- Ofis ləvazimatlarının sifarişi və nəzarət;
- Kuryerlərlə iş (sənədlərin qəbulu, göndərilməsi);
- Daxil olan və göndərilən sənədlərin qeydiyyatı;
- Telefon zənglərini və müştəriləri qəbul etmək;
- Öz səlahiyyətləri hüdudunda müştərilərin suallarına cavab vermək;
- Qonaqları qarşılamaq və yerləşdirmək.
Əmək haqqı razılaşma əsasında olacaq.
Uyğun namizədlər CV-lərini “Ofis meneceri” başlığı ilə hello@yelload.com ünvanına göndərə bilərlər.