Sosial iqtisadiyyat

Daxili İşlər naziri yeni bölmə rəisləri - TƏYİN EDİLDİ

Daxili işlər orqanlarında növbəti kadr dəyişiklikləri olub.

ENA.az xəbər verir ki, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, polis mayoru Fəxrin Bektaşi Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin rəisi vəzifəsinə təyin olunub.

Eyni zamanda, polis polkovnik-leytenantı Azər Məmmədov Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinin rəisi vəzifəsinə təyinat alıb. 

Nazirin digər əmri ilə polis polkovnik-leytenantı Tural Məşədiyev Sabunçu RPİ 14-cü Polis Bölməsinin rəisi vəzifəsinə gətirilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)