TURİZM

Azərbaycana səyahət edən xaricilərin sayı 10%-dən çox artıb

Bu ilin yanvar-noyabr aylarında Azərbaycana dünyanın 192 ölkəsindən 2 923,8 min və ya keçən ilin eyni dövrü ilə müqayisədə 11% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

"ENA" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, gələnlərin 29,7%-i Rusiya Federasiyası, 22,6%-i Gürcüstan, 9,9%-i Türkiyə, 8%-i İran, 3,5%-i Səudiyyə Ərəbistanı, hər birindən 2% olmaqla Birləşmiş Ərəb Əmirlikləri və Hindistan, 1,9%-i Ukrayna, 1,7%-i Türkmənistan, 1,6%-i İraq, hər birindən 1,5% olmaqla Qazaxıstan və İsrail, 1,4%-i Pakistan, 1,2%-i Böyük Britaniya, 11,4%-i digər ölkələrin vətəndaşları, 0,1%-i isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 66,3%-ni kişilər, 33,7%-ni isə qadınlar təşkil edib.

Qeyd edək ki, ölkəyə yanvar-noyabr aylarında gələnlərin sayında daha çox artım Türkmənistan (90%), Hindistan (67,7%), Çin (63,1%), Misir (58,5%), Malayziya (51,2%), Səudiyyə Ərəbistanı (46,1%), Macarıstan (32,8%), Polşa (31,7%), Özbəkistan (27,3%), İspaniya (26,6%), Filippin (26,5%), Böyük Britaniya (26,5%), Qazaxıstan (24,1%), Cənubi Koreya (20,2%), Gürcüstan (20,1%) və Almaniya (19,8%) vətəndaşları arasında qeydə alınıb.

Bu ilin yanvar-noyabr aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 22% artaraq 130 min nəfər, MDB ölkələrindən gələnlərin sayı isə 9,1% artaraq 1 060 nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 58,4%-i dəmir yolu və avtomobil, 40,8%-i hava, 0,8%-i isə su nəqliyyatından istifadə edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)