Həbs olunan İcra başçısının mülklərin siyahısı ortaya çıxıb
Ötən gün həbs olunan Ağstafa rayon İcra hakimiyyətinin başçısı Nizaməddin Quliyevin mülkləri ilə bağlı məlumatlar ortaya çıxır.
Goranboy rayon sakini “Abatv az” Youtube kanalında yayımlanan videoda icra başçısının mülklərindən danışıb.
Eləcə də bax: Həbs edilən icra başçısının xanım müavini də saxlanıldı
İcra başçısının fəaliyyətindən narazılıq edən şikayətçi qadın bildirib ki,
Goranboy şəhərinin mərkəzində yerləşən ticarət mərkəzi, uşaq bağçası, Gülüstan şadlıq sarayı, heyvan kəsim məntəqəsi,
köhnə şahmat məktəbi, Tapqaraqoyunlu kəndində yerləşən “Dost qapısı” və “Lalə” şadlıq sarayı,
Yuxarı Ağcakənd kəndində gips karxanası Nizaməddin Quliyevə məxsusdur.
Bununla yanaşı, iddia olunur ki, icra başçısının regionlarda saysız hesabsız daşınmaz əmlakı var.
©Baku.ws