Azərbaycanda icra başçısının iş başında həbs edildiyi bildirilir
ENA.az bu barədə “Baku Post” adlı mənbəyə istinad edir.
Hüquq-mühafizə orqanları əməkdaşları rayon İcra Hakimiyyəti başçılarından birini iş başında həbs ediblər. Məlumatda bildirilir ki, icra başçısıyla yanaşı onun müavini də saxlanılıb. Hazırda onların mənzillərində axtarışlar aparılır.
İcra başçısının və onun müavininin kimliyi bizə məlum olsa da, hələlik adını yazmırıq. Bircə onu qeyd edək ki, həmin icra başçısı rəhbərlik etdiyi rayona 5-6 ay əvvəl təyin olunub.
XƏBƏR YENİLƏNİR…