Bank

"Lokal bir Bank olaraq komissiyalardan gəlirlərimizi artırmağı düşünürük"

VTB bankın Azərbaycandakı törəməsi olan VTB Bank Azərbaycan ilin sonuna 6 milyon manat həcmində gəlir gözləyir.

ENA.az xəbər verir ki, bu barədə bankın İdarə Heyətinin sədri Yevgeni Kirin məlumat berib.

Onun sözlərinə görə, kredit pirtfeli artıb və problemli kreditlərin həcmi azalıb.

"Buna həm prezidentin problemli kreditlərlə bağlı fərmanı, həm də problemli kreditlərin qaytarılması üzrə vəziyyətin yaşılaşması imkan yaradıb"

Yevgeni Kirin qeyd edib ki, bank rəhbərliyi əməliyyat effektivliyindən tam razı deyil və köçürmələrdəki rolunu artırmağı.düşünür. "Lokal bir Bank olaraq komissiyalardan gəlirlərimizi artırmağı düşünürük. Artıq bu ilin 9 ayında müəyyən artımlara nail olmuşuq", deyən İdarə Heyətinin sədri qarşıya qoyduqları strateji məqsədlərin əksəriyətinə nail olduqlarını söyləyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

İlhamə Xanlarqızı