Memarlıq və Şəhərsalma Baş İdarəsi mərkəzi icra hakimiyyəti orqanlarının siyahısına salınıb
Nazirlər Kabineti “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2007-ci il 28 avqust tarixli və “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adlarının təsdiq edilməsi barədə” 2008-ci il 19 dekabr tarixli qərarlarına dəyişiklik edib.
"ENA" xəbər verir ki, bununla bağlı qərarı baş nazir Əli Əsədov imzalayıb.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na edilmiş dəyişikliklərə əsasən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının siyahısına salınıb.
Qərarla Memarlıq və Şəhərsalma Baş İdarəsi Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanları siyahısından çıxarılıb.