“Lisenziyalar və icazələr haqqında” qanunda dəyişiklik edildi
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 10-cu bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 632, № 12, maddələr 2017, 2036; 2017, № 4, maddə 520, № 5, maddə 743; 2018, № 6, maddə 1187; 2019, № 1, maddə 28, № 5, maddə 797, № 6, maddə 986, № 8, maddə 1360) 3 nömrəli əlavə – “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”nın 77-ci maddəsi aşağıdakı redaksiyada verilsin:
“77. şəxsin sahibkarlıq fəaliyyətini həyata keçirməsi üçün müəyyən sahədə xüsusi biliklərə malik olduğunu təsdiq edən sənəd (özəl məhkəmə ekspertinin şəhadətnaməsi, auditor adı almaq üçün verilən ixtisas imtahanının nəticələrini təsdiq edən sənəd);”.
Maddə 2. Bu Qanun 2020-ci il martın 1-dən qüvvəyə minir.
Eləcə də bax: İcra Hakimiyyətlərinin bu səlahiyyətləri - LƏĞV EDİLDİ
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 noyabr 2019-cu il.