Aqrar

Kənd Təsərrüfatı Nazirliyi quraqlığa və xəstəliyə davamlı toxum sortları yaradır

Yağıntıların qeyri-bərabər olması, quraqlığın artması məhdud olan torpaq və su ehtiyatlarından daha səmərəli istifadəni zəruri edir.

"ENA" xəbər verir ki, bunu Kənd Təsərrüfatı naziri İnam Kərimov Bakıda keçirilən “Azərbaycanda ərzaq və kənd təsərrüfatında Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) yerinə yetirilməsində özəl sektorun cəlb olunması və investisiya fəallığının təmin edilməsi” mövzusunda beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, bu məqsədlə dövlət tərəfindən kompleks tədbirlər həyata keçirilir: "Aidiyyəti dövlət orqanları o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi müvafiq tədbirlər planı müəyyənləşdirir, Kənd Təsərrüfatı Nazirliyi isə quraqlığa və xəstəliyə davamlı toxum sortlarının əldə edilməsi istiqamətində iş aparır”.

Nazir vurğulayıb ki, hazırda müasir toxumçuluq müəssisələrinin yaradılması istiqamətində də iş gedir: “Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan elmi tədqiqat institutları təkmilləşdirilmiş toxum sortları yaradılıb. Əsas məqsəd yüksək məhsuldarlıq əldə etməkdir".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department