Sosial iqtisadiyyat

Babuşkin Bakıdan Həştərxana aviareyslərin sayını 3 dəfə artırmağı təklif edib

Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Bakı ilə Həştərxan arasında aviareyslərin sayını həftədə 3 dəfəyə qədərə artırmaq imkanını nəzərdən keçirməyi təklif edib.

Bu barədə Həştərxan vilayətinin hökuməti məlumat verir.

Bu təklif ötən həftə Azərbaycan prezienti İlham Əliyev ilə Bakıda keçiriən görüş zamanı da səslənib.

Bundan əlavə, Babuşkin Azərbaycan Respublikasının Həştərxanda fəxri konsulu vəzifəsini təsis etmək təklifi ilə Əliyevə müraciət edib.

Xəbər verildiyi kimi, dekabrın 13-də Həştərxan vilayətinin qubernatoru Bakıda işgüzar səfərdə olub.

Həmçinin, səfər zamanı Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüş baş tutub. Danışıqların yekunlarına dair Həştərxan vilayəti hökuməti və Azərbaycan hökuməti arasında 2020-ci il üçün regionlararası əməkdaşlığın inkişafına dair tədbirlər proqramı imzalanıb.

Proqram ikitərəfli əməkdaşlığın genişlənməsinə yönələn kompleks tədbirlər nəzərdə tutur.

Xəbər verildiyi kimi, “Buta Airways” aşağıbüdcəli aviaşirkəti mayın 16-dan Bakı-Həştərxan marşrutu ilə birbaşa uçuşlara başlayıb. Uçuşlar həftədə iki dəfə – bazar ertəsi və cümə axşamı günləri “Embraer E-190” təyyarələri ilə həyata keçirilir.  

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)