İnşaat və əmlak

Saakaşvilinin iqamətgahını hərracda satdılar

Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin iqamətgahı auksionda 7,5 milyon lariyə (4,5 milyon AZN) satılıb.

ENA.az xəbər verir ki, Mestiya qəsəbəsində yerləşən iqamətgah ilkin dəyərindən 308 faiz baha qiymətə satılıb. İqamətgahın yeni sahibi “Aiqvinis saxli” adlı özəl şirkətdir.

Prezident iqamətgahı 2011-ci ildə tikilib. Saakaşvilinin ondan istifadə edib-etmədiyi məlum deyil. Çünki növbəti ildə onun partiyası parlament seçkilərində uduzmuş və daha sonra onun öz prezidentlik müddəti bitmişdi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)