Elm və Texnologiya

Azərbaycanlı xanım Almaniyada süni zəka sahəsində ilin gənc tədqiqatçısı seçildi

Həmyerlimiz Günay Kazımzadə 2019-cu ilin Almaniyada Elm ili seçilməsi münasibəti ilə Almaniyanın Federal Təhsil və Tədqiqat Nazirliyi tərəfindən Süni İntellekt üzrə ilin gənc tədqiqatçısı mükafatına nominasiya olunub və qalib gəlib!

100-dən çox tədqiqatçı arasında Nazirliyin Elmi Şurası tərəfindən seçilmiş 6 namizəd online səsvermə vasitəsilə yarışıb və Günay Kazımzadə Komputer Elmləri Kategoriyasında qalib olmuşdur – https://ki50.de/ki-newcomer/

Eləcə də bax: Azərbaycanlı həkim dünyanın 6 nevroloqundan biri seçilib, 5,3 milyon avro mükafat alıb

 

Qeyd edək ki, Günay Kazımzadə 2008-2012ci illərdə Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının Tətbiqi Riyaziyyat Fakultəsində təhsil alıb. 2012-ci ildə Azərbaycan Respublilası Xaricdə Təhsil üzrə Dövlət Proqramı və Almaniya Akademik Mübadilə Proqramı(DAAD) qalibi olaraq Almaniyanın Bonn Universitetində Komputer Elmləri üzrə təhsil alıb. 2018-ci ildən Berlin Texniki Univetsitetində Süni Zəka sahəsində doktorantura təhsilini davam etdirir.

Həmçinin, Vayzenbaum İnstitutunda Tədqiqatçı olaraq çalışır. O, 2018-ci ildə Google şirkətinim xanımlar üçün təhsis etdiyi Qrantın ilk Azərbaycanlı qalibidir. Həmçinin, TED-də Süni Zəka sahəsi üzrə çıxış edən ilk Azərbaycanlı xanımdır. O, Avropada, Amerikada baş verən 100-dən çox elmi-texniki konftanslara dəvət almış və çıxışlar etmişdir. ACM, APA konfranslarında Süni Zəka sahəsində elmi məqalələri çap olunmuşdur. 2019-ci ildən TechCentrum platformasını təsis etmişdir. Platfotmanın əsas məqsədi Süni Zəka, Maşın Öyrənməsi, Blokçeyn kimi inkişafda olan texnologiyalar sahəsində Azərbaycanlı gənclərə yardımcı olmaq və praktiki biliklərə yiyələndirməkdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)