“Azərbaycan Sənaye Korporasiyası”nda kadr dəyişikliyi baş verib
“Azərbaycan Sənaye Korporasiyası” ASC-yə (ASK) məxsus “ASK Heyvandarlıq” MMC-nin rəhbəri dəyişib.
Banker.az Report Agentliyinə istinadən xəbər verir ki, indiyə qədər müəssisəyə rəhbərlik edən Səbuhi Tahirzadəni onun müavini Azad Səmədov əvəz edib.
Xatırladaq ki, bir qədər əvvəl ASK-ya məxsus “ASK Şüşə” MMC-nin də rəhbəri dəyişmişdi.