Marketinq və reklam

Azərbaycanın reklam bazarından əldə olunan gəlir - AÇIQLANDI

Azərbaycanda ötən il reklam fəaliyyətindən əldə olunan gəlir  51 111,2 min manat təşkil edib.

Bu 2017-ci illə müqayisədə  6 775,90 min manat və ya 15,28% çoxdur.  2017-ci illə müqayisədə ötən il reklam yerləşdirmənin bəzi sahələrində artım, bəzilərində isə azalma baş verib.

Reklam bazarındakı gəlirlərin 12,4 milyon manatı reklam informasiyasının hazırlanmasına, 18,4 milyon manat reklamın yerləşdirilməsinə, 20,3 milyon manat isə reklamın yayılmasına sərf edilib.

Ötən il yayılan reklamların təqribən yarısı  – 9,9 milyon manatlığı küçədə və yol ətrafı zonalarda yayımlanıb. 2017-ci illə müqayisədə, bu reklamın həcmi dəyişməyib, amma iki il əvvəllə müqayisədə artım 2 dəfədən çoxdur.

İctimai nəqliyyat vasitələrində yayımlanan reklamdan 2 650,6 min manat gəlir əldə olunub. Bu göstərici 2017-ci illə müqayisədə 693,30 min manat və ya 35,42% çoxdur. Məlumat üçün bildirək ki, 2017-ci ildə İctimai nəqliyyat vasitələrində yayımlanan reklamlamlardan  1 957,3 min manat gəlir əldə olunub.

Ötən il KİV-lərdə 7 747,2 min manatlıq reklam yerləşdirilib. Bu 2017-ci illə müqayisədə 3 062,40 min manat və ya 65,36% çoxdur.

Kütləvi informasiya vasitələrinə verilən reklam pullarının əksər hissəsi, 6 912,4 min manatı və ya 89,22%-i televiziya kanallarının payına düşüb.

Ümumilikdə isə 2017-ci illə müqayisədə 2018-ci ildə televiziyalarda verilən reklamın məbləği 2 dəfə artıb. Belə ki, 2017-ci ildə televiziyada verilən reklamların məbləği 3 450,6 min manat olduğu halda ötən il bu məbləğ 6 912,4 min manat olub.

TV-dən fərqli olaraq radiodalarda reklama xərclənən pulların məbləği  əhəmiyyətli dərəcədə azalıb.

Belə ki, 2017-ci ildə redioda verilən reklamların məbləği  701,8 min manat təşkil etidiy halda 2018-ci ildə bu məbləğ 341,60 min manat və ya 48,67% azalıb.

İnternetdə resurlarında verilən reklamların məbləğində isə artım müşahidə olunur. Belə ki, 2017-ci ildə bu sahədə verilən reklamların  ümumi dəyəri  352,8 min manat olduğu halda 121,70 min manat və ya 34,49% artaraq 474,5 min manat təşkil edib.

Qəzet və jurnallarda isə verilən reklamlar ötən il min manat təşkil edib. Halbuki 2017-ci ildə bu məbləğ 44,6 min manat olub.

Ümumilikdə 2018-ci ildə bağlanmış reklam müqavilələrin dəyəri, 40 210,6 min manat olub ki, bu da 2017-ci illə müqayisədə 3 008,30 min manat və ya 8,08% çoxdur.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)