Warning: unlink(cache/default.luxe): No such file or directory in /home/nizami83/public_html/includes/Parser.php on line 129
Nazirlik 2,8 milyonluq müqaviləni 10 manat dəyərində kapitalı olan şirkətə həvalə etdi | ENA.az
Sosial iqtisadiyyat

Nazirlik 2,8 milyonluq müqaviləni 10 manat dəyərində kapitalı olan şirkətə həvalə etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti və “Lotus Co” MMC arasında müqavilə bağlanıb.

ENA.az xəbər verir ki, müqavilədə digər maşın və avadanlığın alınması nəzərdə tutulub.

Müqavilənin məbləği 2 milyon 747 min 675 manatdır.

Bildirək ki, “Lotus Co” MMC-nin nizamnamə kapitalı 10 manatdır. Hüquqi ünvanı Bakı şəhəri,  Nəsimi rayonu, Mir Cəlal küç. Ev 60, m. 89 olan şirkətin direktoru Allahverdiyev Rahib Tofiq oğludur.

2018-ci il 3 dekabr tarixində  “Lotus Co” MMC Protez-Ortopedik Bərpa Mərkəzin üç lot üzrə elan etdiyi tenderin qalibi olub. Üç lot isə bunlardır: 1) Dəftərxana və təsərrüfat malları üzrə 3419 manat. 2) Mətbəə xərcləri üzrə 10246 manat. 3) İdarənin xərcləri üzrə 19353 manat.

Eləcə də bax: Prezidentdən əhali üçün - SƏRƏNCAM

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)